Cümə axşamı günü qızılın qiymətləri Avropa sessiyasının gedişində artım nümayiş etdirdi, çünki FRS-in pul-kredit siyasəti ilə bağlı qorunub saxlanan qeyri-müəyyənlik və ABŞ prezident seçkilərinin nəticələri ilə bağlı qeyri-müəyyənlik təhlükəsiz aktivlərə olan tələbatı dəstəkləyir.
Saat 07:15 GMT-yə olan vəziyyətə nəzər salsaq görərik ki, Nyu-York əmtəə birjasının bölməsi olan COMEX-də satılan çatdırılma ilə dekabrda qızıl 2.35 dollar və ya 0.19% bahalaşaraq bir troy unsiyası $1268,95 dollara çatdı.
Günorta bu sözügedən qiymətli metal 3həftəlik maksimum olan 1277.20 dollara çatdıqdan sonra dəyərini 7 dollar və ya 0.55% itirdi.
Qızılla bağlı verilən proqnozlar mənfi olaraq qalmaqda davam edir, çünki ABŞ-da bu yaxınlard verilən optimistik iqtisadi məlumatlar seriyası FRS-in aparıcı nümayəndələrinin atəşin bəyanatları ilə birgə yaxın aylarda faiz dərəcələrinin artmasına bəslənən ümidləri daha da gücləndirdi.
FRS-in növbəti toplantıları noyabr ayına planlaşdırılıb, lakin prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin artması ehtimalı çox azdır.
Investing.com-dan verilən FRS faiz dərəcələrinin proqnozlarına əsasən hazırda federal fondun fyuçersləri 78% ehtimal edir ki, ABŞ-da faiz dərəcələri dekabrda artacaq.
Qiymətli metal AABŞ-da faiz dərəcələrinin qaldırılmasına qarşı həssas mövqedədir, çünki onun artımı investorları qızıl külçələrə sərmayə qoymaqdan alınan gəlirlərdən məhrum edə bilər və bununla da (qızılın qiyməti dollarda ifadə edilir) dolların güclənməsinə təkan verə bilər.
investing.com©