“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) qiymətli kağızlara investisiyaları 207-ci il yanvarın 1-nə cəmi 22 mln. manat təşkil edib.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin əvvəli ilə müqayisədə 155,7 dəfə azdır.
ABB hüquqi şəxslərin kreditləşməsini də azaldıb. Belə ki, 2016-cı ilin sonuna bank müxətlif şirkətlərə 4,199 mlrd. manat borc verib ki, bu da 2015-ci ilin sonuna nisbətən 27% azdır.
Əvəzində, bank fiziki şəxslərin kreditləşməsini artırıb. Belə ki, fərdi müştərilərə 1,385 mlrd. manat kredit ayrılıb ki, bu da illik müqayisədə 23,4% çoxdur.
Hesabata əsasən, ABB həm qiymətli kağızlara investisiyaları, həm də hüquqi və fiziki şəxslərə kredit qoyuluşunu ölkə daxilində həyata keçirib. Bankın maliyyə müəssisələrində yerləşdirdiyi 5,019 mlrd. manatlıq depozitin isə 4,869 mlrd. manatı (97%-i) Azərbaycan, 103 mln. manatı (2%-i) Rusiya, 47 mln. manatı isə (1%-i) Gürcüstanın payına düşüb.
Ötən ilin sonuna ABB ölkə daxilindən 2,13 mlrd. manat, Amerika-Avropadan 3,962 mlrd. manat, Rusiyadan isə 36 mln. manat vəsait cəlb edib.