Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, 15 noyabr tarixinə vergi borcu olduğuna görə 727 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.