Federal rezerv sisteminin ikigünlük toplantısı bazarın gözlədiyi kimi keçdi. Əsas faiz dərəcəsi olduğu kimi saxlanılaraq illik 0.25-0.50% diapazonunda qaldı. Qeyd etməliyik ki, monetar komitənin iki nümayəndəsi faiz dərəcəsinin artırılması lehinə səs verdilər. Tənzimləyici öz kommentarilərində ABŞ iqtisadiyyatının stabilləşməsini qeyd etdi və tezliklə faiz dərəcəsinin qaldırılacağına işarə etdi.
Yenə də bu siyasət bazar iştirakçılarının diqqət mərkəzində qalmaqda davam edir. ABŞ prezident seçkilərinə bir həftədən az vaxt qaldığı bir müddətdə yeni-yeni münaqişələr vəziyyətə qeyri-müəyyənlik gətirir. Respublikaçı namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, dollar daha da güclü bir şəkildə enəcəkdir.
forexnews.pro©