Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdənverilən məlumata görə, 31 oktyabr tarixinə vergi borcu olduğuna görə 390 şəxsin ölkədən çıxması qadağan edilib.
Xatırladaq ki, bu şəxslər arasında xarici ölkələrin 3 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.