Volvo, Daimler Truck və Traton elektrik enerjisi doldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək üçün birgə müəssisə yaratmaq planını təsdiqləyiblər.
Yük maşını istehsalçıları Volvo, Daimler Truck və Traton Avropada ağır yük maşınları və avtobuslar üçün yüksək səmərəli enerji doldurma məntəqəsi şəbəkəsini inkişaf etdirmək üçün birgə müəssisə (BM) planını təsdiqləyiblər.
FED.az marja.az-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Reuters məlumat yayıb.
Birgə müəssisə qeydiyyata alındıqdan sonra şirkətlər magistral yolların və logistika mərkəzlərinin yaxınlığında 1,7 min enerji doldurma məntəqəsi şəbəkəsinin yaradılması üçün beş il ərzində 500 milyon avro sərmayə qoymağı planlaşdırır.
Stansiyaların bərpa olunan "yaşıl" elektrik enerjisi ilə işləyəcəyi gözlənilir. Onların quraşdırılması üzrə işlərin başlanması 2022-ci ilə planlaşdırılır.
Birgə müəssisənin qərargahı Amsterdamda yerləşəcək.
Traton - MAN, Scania və Volkswagen-ə məxsus kommersiya avtomobilləri istehsalçılarından biridir.