Avropa məzənnəsi artım nümayiş etdirməyə çalışır, lakin indi "buğalar"a bazarın əsas triqqeri statusunu qoruyub saxlayan güclü dollar ilə mübarizə aparmaq çətindir. İnvestorlar əmindirlər ki, EUR/USD cütlüyü getdikcə daha da aşağı düşməyə davam edəcək. Dollar üzrə rallinin aparıcı drayveri bu ilin sonunadək amerikan tənzimləyicisinin daha sərtləşdirilmiş monetar siyasətə keçmək qərarı verəcəyi ilə bağlı gözləntilərdir. İndi bazar dekabrda artım ehtimalının olmasını təxminən 70% kimi qiymətləndirir.
Dünən Avropa tənzimləyicisinin sədri Mario Draqi qüvvədə olan kəmiyyət yumşaldılması proqramının erkən dəyişilməsi ilə bağlı avrobuğaların gözləntilərinə aydınlıq gətirdi. Bu vəziyyət də avro kursuna əlavə təzyiq göstərir. Qeyd etməliyik ki, ABŞ və Almaniyanın qiymətli borc kağızlarının gəlirliliyi üzrə spred (fərq) öz çoxillik maksimumunu yeniləməyə davam edir və bu da FRS və AMB-nin monetar siyasətinin güclənən kontrastının nəticəsidir.
forexnews.pro©
27 oktyabr tarixinə EUR/USD proqnozu
10:31
27 Okt 2016