2017-ci ildə fəaliyyətinin yekunlarına görə Maliyyə Bazarlarına Nəzarət Palatasının xalis mənfəəti 2016-cı ildə 3 mln. 482 min manat həcmində xalis zərər qarşı 3 mln. manat 877 min manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Palatanın 2017-ci ildə fəaliyyətinin yekunlarına dair maliyyə hesabatında deyilir.
Eləcə də bax: Vergi ödəyicilərinin sayı 1 milyonu keçdi
Hesabata əsasən, 2017-ci ildə Fondun əsas əməliyyat gəlirləri 15 mln. 182 min manat (artım 7,1 dəfə) təşkil edib. Əsas əməliyyat xərcləri 10 mln. 882 min manat (artım 1,9 dəfə) təşkil edib.
2017-ci ilin sonuna Palatanın aktivləri 14 mln. 640 min manat (2016-cı ilin göstəricisi ilə müqayisədə artım 38,6%) təşkil edib, pul vəsaitləri və onların ekvivalentlərinin payı 1 mln. 660 min manat, torpaq, tikinti və avadanlıqların payı 4 mln. 893 min manatdır.
Palatanın məcmu kapitalı 13 mln. 474 min manat (artım 40,4%), nizamnamə kapitalı – 5 mln. manat (dəyişməyib), öhdəlikləri – 1 mln. 166 min manat (artım 20,7%) təşkil edir.