2019-cu il mayın 1-nə olan məlumatlara görə, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu keçib.
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergi ödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb.
Eləcə də bax: Azərbaycanda aşağı maaş verən sahibkarlar - CƏRİMƏLƏNƏCƏK - YENİLİK
Bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri olduğu bildirilib:
"2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı 36 min 558 olub. Onlardan 4.584-ü hüquqi şəxslər, 31 min 974-ü isə fiziki şəxslərdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında 32,4 faiz artım müşahidə edilir. Ötən il yanvar-aprel aylarında 27 min 602 vergi ödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergi ödəyicilərinin sayına təsir edib".
Ə.Məmmədov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında qeydiyyatdan keçən 4.427 kommersiya-hüquqi şəxsin 70,6 faizi elektron qaydada qeydiyyata alınıb. 4 ayda qeydiyyatdan keçən vergi ödəyicilərinin 20.021-i və ya 54,8 faizi regionların payına düşür.
©Marja