Əmlak Məsələləri Dövlət Komitəsi 22 noyabr tarixində keçirdiyi növbəti açıq hərracda 16 dövlət əmlakı özəlləşdirilib. Bunun 2-si istifadəsiz qeyri-yaşayış sahəsi, 12-si kiçik dövlət müəssisəsi, 2-si səhmdar cəmiyyəti olub. Hərrac nəticəsində dövlət büdcəsinə 2,1 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcəkdir.
Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.
Növbəti belə hərrac 29 noyabrda keçiriləcək və 98 dövlət əmlakı hərraca çıxarılıb.