Günün birinci yarısında Almaniyanın ZEW institutunun biznesdə işgüzar fəallığı haqqında çıxan və investorları müsbət məlumatları ilə sevindirəcəyi ehtimal olunan məlumatlara diqqəti yönəltmək tövsiyyə olunur. Avropa Mərkəzi Bankının ultra yumşaq pul-kredit siyasəti öz bəhrəsini verir. Belə ki, Qədim dünyanın aparıcı iqtisadiyyatında inflyasiya gözləntiləri güclənir və ticarət balansının profisiti artır. Sentyabr ayının nəticəsinə əsasən, 0,7%-lik inflyasiya müşahidə edildi və bu 2015-ci ilin may ayından etibarən qeydə alınan maksimal səviyyə hesab olunur. Avqust ayı üzrə ticarət balansının müsbət saldosu 2015-ci ilin eyni ayı ilə müqayisədə 13,2% artdı. Bu halda avro Sell mövqelərinin yaradılması üçün istifadəsi tövsiyyə edilən kotirovkaların qısamüddətli artımını nümayiş etdirə bilər. Bəzi analitiklərin fikrincə, “riskə iştaha” artması fonunda dolların möhkəmlənməsi gözlənilə bilər, bu da öz növbəsində maliyyələşdirmənin valyutası kimi avroya təzyiq etmiş olacaq. Bundan başqa borc bazarında Almaniyanın 10 illik dövlət istiqraz vərəqələrinin gəlirliliyi Böyük Britaniyanın kağızları ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldı. Bunun da EUR/GPB cütlüklərinin kross-kursunun azalmasına səbəb olacağı gözlənilir. Bu baxımdan gün ərzində kotirovkaların 1,1160/1,1200 səviyyəsində qalxması fonunda "Sell" mövqeyi açmaq və gəliri 1,1125 səviyyəsində möhkəmləndirmək tövsiyyə olunur.
11 Oktyabr EUR/USD proqnozu
17:15
11 Okt 2016