Vergilər nazirliyi noyabrın 24-ə vergi borcuna görə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərin yenilənmiş siyahısını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, fiziki və hüquqi şəxslər də daxil olmaqla ümumilikdə 1447 nəfər Azərbaycandan çıxa bilməyəcək.
Qeyd edək ki, bunlardan 432 nəfəri fiziki, 1015 nəfəri isə müəssisə rəhbərləridir.