ABŞ FRS-in noyabr iclasının yekunlarını gözləyərkən dollar məzənnəsi digər dünya valyutalarına münasibətdə aşağı düşməyə davam edir. Dollar satışı həmçinin ABŞ-ın prezident seçkilərində respublikaçılar partiyasından olan namizəd Donald Trampın qələbə qazana bilmə ehtimalının artması ilə də bağlıdır.
Əlavə olaraq dollara həmçinin ADP-dən məşğulluq sayının dəyişməsi ilə bağlı göndərilən göstəricilər də təsir etmişdi. Oktyabrda özəl sektorda çalışanların sayındakı dəyişmə sentyabrla müqayisədə 147 min təşkil etmişdi, halbuki ekspertlər öz proqnozlarında bu rəqəmin 166 minə çatacağını düşünürdülər.
Bugün bazar iştirakçılarının diqqətində olan məsələ FOMC-un əsas faiz dərəcəsi ilə bağlı qərarıdır və müşayiətedici bəyanat saat 22:00-da verilməlidir. Qeyd edək ki, bazar faiz dərəcələrinin qaldırılacağını gözləmir. Habelə, sonrakı kommentarilər dolların FOREX bazarındakı gələcək dinamikasını müəyyənləşdirə bilər.
forexnews.pro©