2024-cü ilin yanvar-noyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 72 406 mənşə sertifikatı verilib.
Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artıb.
Mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və malın mənşə ölkəsini təsdiq edən sənəddir.