2020-ci ildə Azərbaycanda dövlət satınalmaları əvvəlki ilə nisbətən 14,8% artaraq 6,6 mlrd. manata yaxın olub.
Eləcə də bax: Ötən il dövlət 6,6 milyard manatlıq satınalma - Həyata Keçirib
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 2,3 mlrd. manat təşkil edib.
“KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq”, - deyə nazir qeyd edib. (Apa)