2020-ci ildə ümumi dövlət satınalmalarının həcmi 6 milyard 567 milyon manat, o cümlədən müsabiqə əsaslı satınalmaların həcmi 3 milyard 500 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda KOB-ların dövlət satınalmalarında iştirakına - Dəstək Veriləcək
FED.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
Onun təqdimatına görə, 2019-cu illə müqayisədə 2020-ci ildə ümumi dövlət satınalmalarının həcmi 847 milyon manat vəya 14,8%, o cümlədən müsabiqə əsasalı satınalmaların həcmi isə 832 milyon manat və ya 31,2% artıb.
Ötən il elektron satınalmalar (E-satınalma portalı üzərindən) 930 milyon manat təşkil edib ki, bu da ümumi satınalmaların 14%-nə bərabərdir.
3,5 milyard manatlıq müsabiqə əsasalı satınalmaların 1 milyard 236,1 milyon manatını təkliflər sorğusu, 1 milyard 222,9 milyon manatını açıq tender, 930 milyon manatını elektron satınalmalar, 111,5 milyon manatını kotirovka sorğuları təşkil edib.
Satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90%-dən çox təşkil edib. (Marja)