Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir.
Eləcə də bax: Xaricdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması - Qaydası Dəyişir
FED.az xəbər verir ki, bu, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Əsasnaməyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pul mükafatları verilə bilər.
Eyni zamanda gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verildikdə, onlara vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.
Qüvvədə olan qanuna əsasən isə (124) gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilir;
- 10 ilə qədər - aylıq vəzifə maaşının 5 mislində;
- 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində;
- 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində;
- 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində.
Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır. (Apa)