Azərbaycanda inflyasiya göstəricisi bu il 9 %, 2024-cü ildə isə 5,8 % səviyyəsində gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının "Regional Economic Outlook" hesabatında bildirilib.
Neft gəlirləri azalır - 2024-də qeyri-neft gəlirləri daha çox olacaq - İLK DƏFƏ, AÇIQLANDI
Bankın yaz proqnozlarına nisbətən bu gözləntilər 2023-cü ildə 0,5 faiz bəndi artıb, 2024-cu ildə isə 0,4 faiz bəndi azalıb.
Sənədə əsasən, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,2 % səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, 0,2 faiz bəndi ötən proqnozdan azdır. (Report)