2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirləri neft gəlirlərini üstələyəcək.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin büdcə parametrləri ilə bağlı layihədə məlumat verilir.
Məlumatda deyilir ki, 2024-də büdcədə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürüləcək.
2024-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,5 faizi həcmində yəni 33 milyard 765 milyon manat nəzərdə tutulur.
Bu məbləğin 49,6 faizi və ya 16 milyard 756 milyon manatı neft sektorunun, 50,4 faizi və ya 17 milyard 009 milyon manatı qeyrineft/qaz sektorunun payına düşür.