İqtisadiyyat

Bu ölkə tarixində 9-cu dəfə - MÜFLİS OLMAĞA HAZIRLAŞIR

Bu ölkə tarixində 9-cu dəfə - MÜFLİS OLMAĞA HAZIRLAŞIR | FED.az
08:07 12 May 2020

65 milyard dollarlıq xarici borcu üçün kreditorları ilə razılaşa bilməyən Argentina öz tarixində doqquzuncu dəfə iflas həddinə gəlib.

Eləcə də bax: Bu ölkə özünü müflis elan etdi – BORCUNU ÖDƏYƏ BİLMİR

FED.az xəbər verir ki, Argentina 65 milyard dollarlıq xarici borcu üçün kreditorları ilə razılaşa bilməyib. Razılaşma üçün son tarix dünən gecə saat 00:00-da başa çatıb. Kreditorları ilə razılığa gələ bilməyən Argentinanın doqquzuncu dəfə iflas edəcəyi gözlənilir.

Ölkəyə borc verən ABŞ fondları faiz ödəmələrini 2023-cü ilə qədər təxirə salmağa razı olmayıb. Nəticədə Argentinada 2001-ci ildəki kimi bazarların talan edildiyi iqtisadi böhrana qayıtmaq qorxusu yaşanır.

Argentinanın maliyyə vəziyyətinin ağır olduğu sirr deyildi, vəziyyət o qədər pis idi və iflas o qədər gözlənilən idi ki, kreditorların hökumətin təklifini qəbul etmədiyi barədə məlumat rəsmi olaraq elan edilməyib. Bunu hamı əvvəlcədən bilirdi.

“Financial Times”da yer alan xəbərə görə, Argentinanın borcları restrukturizasiya (müddətinin uzadılması) barədə teklifini kredit veren təşkilatların əksəriyyəti heç gözdən keçirməyib, çox az qurum bu təklifə baxıb.

Dünyanın ən çətin işlərindən biri olan Argentinanın İqtisadiyyat Nazirliyi vəzifəsini icra edən Martin Guzman, hökumətin hələ də dialoqa açıq olduğunu  bəyan edib: "Kreditorlarımızın dialoqa üstünlük verdiyini bilirik".

Yeni təkliflə gələcəklər

Argentinaya borc verən investorlardan biri, hökumətin yeni borc konfiqurasiyasına qarşı kreditorların yeni bir planının olduğunu deyib.

Argentinaya kredit verən əsas qurumlar - “BlackRock”, “Fidelity T. Rowe Price”, “GMO” və “VR Capital” kimi qruplar ölkənin borcun yenidən restrukturizasiya etmək təklifini rədd ediblər. Argentinaya borc verən ABŞ-a bağlı qrupların bu qədər çoxluğu ölkə siyasətinə Amerikanın təsiri olması barədə fikirlərə əsas verir.

Qeyd edək ki, Argentina borclarını ödəməsə, 2001-ci ildə yaranan veziyyətə düşə bilər.

Ölkədə bazarların talanmasına səbəb olan böyük iqtisadi problemlər yarandığı 2001-ci ildən sonra, 10 il müddətində Argentinaya heç kim valyuta ilə borc vermək istəməmışdi. Hökumətin bu vəziyyətdə hansı yolu seçəcəyi ilə yaxın günlərdə elan ediləcək.

Digər xəbərlər