Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il avqustun 1-nə nisbətən 12,2 % çoxdur.
İyulda ölkənin strateji valyuta ehtiyatları 1 milyard 46 milyon ABŞ dolları artıb.
2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.












