Maliyyə Nazirliyi 2026-cı ilin yanvar-iyul ayları (7 aylıq dövr üzrə) dövlət büdcəsinin vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib. Bu, proqnozdaen 855,9 milyon manat və ya 3,8 faiz artıqdır.
Büdcəyə əlavə gəlirləri əsasən Vergi Xidməti təmin edib.
Belə ki, ilk 7 ayıda Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 474,1 milyon manat təşkil edərək proqnozdan 848,1 milyon manat və ya 8,0 faiz artıq olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat təşkil edərək proqnozdan 5,8 milyon manat və ya 21.5 faiz, sair daxilolmalar 427,8 milyon manat təşkil edərək proqnozdan 150,6 milyon manat və ya 54,4 faiz çox olub.
Dövlət Neft Fondundan büdcəyə ödəmələr isə proqonoza uyğun aparılıb - 7 milyard 490 milyon manat.
Bu dövrdə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozdan cüzi az olub - 3 milyard 751,8 milyon manat və ya proqnozdan 0,1% az. Gəlirlərdə əsas azalma büdcə təşkilatları üzrə olub. Belə ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edib. Bu proqnozdan 150 milyon manat azdır.
Dövlət büdəsinin xərcləri isə proqnozdan hələ ki, az icra edilir. Buna ehtiyatlı qənaət də demək olar. Belə ki, Maliyyə Nazirliyinin açıqlamasına görə, yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 milyard 174,4 milyon manat olub. Nazirliyin açılamasında bu rəqəm proqnozla deyil, ötən ilin eyni dövrü ilə müqayisə olunub.
Bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1,2 faiz çoxdur.
Gəlirlər kəskin artsa da, xərclərə qənaət edilir
Bununla yanaşı, FED.az-ın hesablamalarına görə, proqnoza əsasən 7 ay ərzində dövlət büdcəsinin xərcləri 24 milyard 327 milyon manat olmalı idi. Bu rəqəmi əsas götürsək, yanvar-iyul aylarında büdcə xərcləri cəmi 83% və ya 4 milyard 153 milyon manat az icra edilib.












