Bu ilin ikinci rübünün sonunda Dövlət Neft Fondunun səhm investisiya portfelində «Alphabet»in payı 466 milyon dollara çatıb.
Neft Fondundan «NVIDIA», «Apple», «Google», «Facebook» və «Tesla» səhmlərinə - BÖYÜK YATIRIMLAR – MƏBLƏĞLƏR, TAM SİYAHI
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalının sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, «Alphabet»in səhmlərinə yatırımlar ötən ilin sonu ilə müqayisədə 151 milyon dollar və ya 47,9% artıb.
Xatırladaq ki, 2025-ci ilin sonunda Fondun «Alphabet»in səhmlərinə investisiyasının həcmi 315 milyon dollar idi.
Qeyd edək ki, cari ilin iyun ayının sonuna bu ilin iyun ayının sonunda Dövlət Neft Fondunun dünyanın aparıcı şirkətlərinin səhmlərinə etdiyi yatırımların həcmi 7,1 milyard dollar olub. Bu rəqəm ötən ilin sonundan bəri dəyişməyib.
İnvestisiya porteflinin gəlirliliyi isə son altı ayda 9,4 milyard dollardan 10,9 milyard dollara yüksəlib. Bununla da portfelin cari dəyəri 16,5 milyard dollardan 18 milyard dollara qalxıb. Portfelin yarandığı tarixdən bəri gəlirlilik ötən ilin sununda 30% bu ilin iyun ayının sonunda isə 370% təşkil edirb.













