"Dövlət Məşğulluq Agentliyi" PHŞ (VÖEN:1300144711) Bakı Regional Məşğulluq Filialı üçün ofis icarəsi xidmətinin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2 min 300 kvadrat metr ofis sahəsinin icarələnməsi ilə bağlı tenderin qalibi "Arne Grouo" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506825701) olub. Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 414 min 288 manat təşkil edib.
Qeyd edək ki, "Arne Group" MMC 2024-cü ildə yaradılıb. Qanuni təmsilçisi Osmanlı Elnur Əjdər oğlu olan şirkətin nizamnamə kapitalı 20 manatdır. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Qədim İrəvani ev. 10, m.1 ünvanında yerləşir.













