Azərbaycanda avtomobil sənayesində yeni bir layihəyə start verilib.
FED.az xəbər verir ki, “Limitless Drive” layihəsi çərçivəsində seçilmiş JAECOO J8 modeli 30 gün ərzində, 7/24 rejimində, ümumilikdə 30 000 kilometr məsafə qət edərək davamlı sürüş testindən keçiriləcək.
Layihə çərçivəsində avtomobil Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarını əhatə edən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə fasiləsiz hərəkətdə olacaq. Test müddətində JAECOO J8-in real istifadə şəraitində yanacaq sərfiyyatı, enerji sərfiyyatı, dözümlülüyü, uzunmüddətli istismara davamlılığı və digər texniki göstəriciləri ictimaiyyətə açıq şəkildə nümayiş etdiriləcək.
“Limitless Drive” layihəsinin əsas məqsədi avtomobilin uzunmüddətli və fasiləsiz istismar şəraitində imkanlarını real yol şəraitində nümayiş etdirmək, eyni zamanda izləyicilərə avtomobilin performansını prosesin bütün mərhələlərində müşahidə etmək imkanı yaratmaqdır.
İzləyicilər də layihənin bir hissəsi olacaq
Layihə yalnız avtomobil testindən ibarət olmayacaq. İzləyicilər layihənin gedişatını sosial media platformaları üzərindən 7/24 izləyə, avtomobilin keçdiyi marşrutu, gündəlik nəticələri və test prosesini real vaxt rejiminə yaxın şəkildə müşahidə edə biləcəklər.
Layihənin bir hissəsi olmaq üçün izləyicilər “Limitless Drive” layihəsinin sosial media hesablarını aktiv şəkildə izləyə bilərlər. Layihə müddətində müxtəlif viktorinalar, interaktiv müsabiqələr və xüsusi aktivliklər təşkil olunacaq, qaliblərə isə layihənin sponsorları tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcək.
Mətbuat konfransı keçirilib
“Limitless Drive” layihəsinin rəsmi təqdimatı ilə bağlı bu gün Baku Marriott Hotel Boulevardda mətbuat konfransı keçirilib.
Konfrans zamanı layihənin məqsədləri, formatı, 30 günlük davamlı sürüş testinin əsas mərhələləri və izləyicilərin layihəyə cəlb olunması imkanları media nümayəndələrinə təqdim edilib.
Mətbuat konfransında iMotors şirkətinin direktoru Əli Əhədov, layihənin rəhbəri Kənan Əli və layihənin aparıcısı Egün Xıdırov iştirak ediblər.
Tədbir zamanı layihənin texniki və təşkilati detalları ilə bağlı məlumat verilib, həmçinin “Limitless Drive” çərçivəsində həyata keçiriləcək 30 günlük, 30 000 kilometrlik 7/24 sürüş testinin gedişatı barədə media nümayəndələri məlumatlandırılıb.
“Limitless Drive” – 30 gün. 30 000 km. 7/24.
Layihənin bütün gedişatını sosial media hesablarından izləmək və bu unikal avtomobil sınağının bir hissəsinə çevrilmək mümkündür.
Layihənin rəsmi vep saytı https://test.limitlessdrive.az/ üzərindən izləyə bilərsiniz.





![Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – [red]“Limitless Drive” layihəsi başladı![/red] | FED.az](/upload/news/small/2686994.jpeg)
![Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – [red]“Limitless Drive” layihəsi başladı![/red] | FED.az](/upload/news/small/3134252.jpeg)
![Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – [red]“Limitless Drive” layihəsi başladı![/red] | FED.az](/upload/news/small/979559.jpeg)







