“Balakhani Operating Company LTD” hasilat şirkəti və FHN-nin Dövlət Neft Şirkəti Obyektlərinin Yanğından Mühafizə İdarəsi əməkdaşlığı gücləndirir. Bununla bağlı tərəflər birgə seminar təşkil ediblər.
FED.AZ xəbər verir ki, hasilat şirkətinin SƏTƏM və MM departamentinin böyük mühəndisi Elmir Alməmmədov profilaktika sektorunun əməkdaşları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi məqsədi ilə şirkətin SƏTƏM qaydaları, xüsusilə də, qapalı sahələrdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bilik və bacarıqlara dair təqdimat keçirib.
Müzakirələr zamanı zədə və xəsarətlərin qarşısının alınması ilə bağlı qarşılıqlı bilik mübadiləsi aparılıb, eləcə də yanğın təhlükəsizliyi qaydaları mövzusunda İdarənin profilaktika sektorunun əməkdaşları ilə seminarların davam etdirilməsi razılaşdırılıb.





![Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər - [red]FOTO[/red] | FED.az](/upload/news/small/3696372.jpeg)
![Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər - [red]FOTO[/red] | FED.az](/upload/news/small/1186326.jpeg)







