Bu ilin yanvar-avqust aylarında Azexport.az portalına 321,2 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Eləcə də bax: Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ötən ilin eyni göstəricisindən 1% azdır.
Bu ilin avqustunda portala daxil olan ixrac sifarişlərinin dəyəri iyul ayı ilə müqayisədə 18% azalaraq 32,8 mln. dollar təşkil edib.
2022-ci ilin avqust ayında Azexport.az portalına edilən ixrac sifarişləri sırasında alma, xurma, pambıq yağı, fındıq ləpəsi, günəbaxan yağı, un, qarğıdalı yağı, tütün, tibbi tənzif, fındıq qabığı və s. məhsullar üstünlük təşkil edib.
2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 avqust tarixinə kimi (68 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,12 mlrd. dollar təşkil edib. (Apa)