Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 36 ölkəsinə 17,2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Eləcə də bax:Azərbaycan peykləri 15 milyon dollar - QAZANIB
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% azalıb.
“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib. 2022-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 mln. dollar ilə Birləşmiş Krallıq, 3,5 mln. dolları ilə Fransa, 2,9 mln. dollar ilə Lüksemburq, 1,6 mln. dollar ilə BƏƏ və 956,7 min dollar ilə Pakistan qərarlaşıb. (Apa)