The Block tərəfindən aparılan araşdırmaya əsasən aparıcı kriptovalyuta birjaları üzrə ortalama komissiya xərcləri 0,44% təşkil edir. Hesabata görə birjalar arasında ən çox komissiya xərci ilə seçilən birjalar – Gemini (2%), Bitstamp və Bittrex olub. Ən az komissiya xərci isə Binance, KuCoin və BitFlyer birjalarında qeydə alınıb.
Araşdırmaya əsasən istifadəçiləri üçün mənfi komissiya dərəcəsi təklif edən birja da var – itBit. Birja treyderlərə platformada əlavə likvidlik yaratmağı təşviq etmək üçün bunu edir.
LMAX Digital-ın icraçı direktoru David Mercer hesab edir ki, kriptovalyuta bazarında artan rəqabət komissiya xərclərinin tədricən azaldılması ilə nəticələnəcək.