2019-cu ildəki məlumatlara görə, 887 milyard dollar aktivə sahib olan İsveçrə Mərkəzi Bankı, 2020-ci ilin ilk rübündə ABŞ-dakı sərmayələridə köklü dəyişikliklər edib.
Eləcə də bax: BVF-dən Misirə 2 milyard 772 milyon dollarlıq - "KORONAVİRUS KREDİTİ"
FED.az xəbər verir ki, bank ilk rübdə “Apple”, “General Electric” və “Walt Disney” kimi şirkətlərin səhmlərinə sərmayə qoyub.
İsveçrə Mərkəzi Bankının ABŞ-dakı investisiyalarına dair dəyişikliklərindən biri də marixuanaya investisiya qoyması olub.
Belə ki, bankın ABŞ-da marixuana istehsalçılarından biri olan “Aurora Cannabis”ə də sərmayə qoyduğu bildirilib.