Beynəlxalq Valyuta Fondu (BVF) yeni növ koronavirus (COVİD-19) ilə mübarizə üçün Misirə 2 milyard 772 milyon dollar borc verəcək.
Eləcə də bax: Bu ölkə tarixində 9-cu dəfə - MÜFLİS OLMAĞA HAZIRLAŞIR
FED.az-ın məlumatına görə, BVF-nin yazılı açıqlamasında, 2 milyard 772 milyon dollar kreditin verilməsinin səbəbinin Misirin pandemiyaya görə təcili ödəmələr balansının saxlanması və ehtiyyatcların qarşılanması üçün olduğu bildirilib.
Açıqlamada kreditin faiz dərəcəsi və ödəmə müddəti haqqında məlumat verilməyib.
BVF-nin yazılı açıqlamasında həmçinin Misir bazarlarında pandemiyanın yaratdığı qeyri-müəyyənliyin böyük çətinliklərlə əldə edilən sabitliyə mənfi təsir göstərə biləcəyi ifadə edilib.
Bəyanatda maliyyə dəstəyinin pul bazarlarında, xüsusən də səhiyyə və sosial məsələlərdə xarici valyutaya olan ehtiyacın azaldılmasına kömək ediləcəyi və zəif sektorlara dəstək veriləcəyi deyilib.
Qeyd edək ki, Misir Mərkəzi Bankının valyuta ehtiyatları koronavirusa görə aprelin sonunda 7,65% azalaraq 37 milyard 37 milyon dollara çatdığını açıqlanıb.