Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkəti 2020-ci ili 6 milyon 261 min manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 86 milyon 308 min manat məbləğində aktivlərin 7,3%-i qədərdir.
Azərbaycanda 3 investisiya şirkətinin xalis mənfəəti - 1 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir.
Belə ki, investisiya şirkətləri arasında aktivlərindən ən yaxşı istifadə edəni "BTB Kapital” olub. Onun əldə etdiyi xalis mənfəət aktivlərinin 14,7%-ni təşkil edib. Baxmayaraq ki, "BTB Kapital" aktivlərinin məbləğinə görə, ölkədə 6-cıdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Azfinance" tutub. Bu investisiya şirkəti 2020-ci ildə aktivlərinin 12,8%-i qədər xalis mənfəət əldə edib. Halbuki, "Azfinance" aktivlərinin məbləğinə görə, 8 investisiya şirkəti arasında 5-ci yerdə qərarlaşıb.
3-cü yerə isə "İnvest-AZ" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti aktivlərinin 9,9%-i qədər olub. "İnvest-AZ" aktivlərinin məbləğinə görə, investisiya şirkətləri arasında 4-cü yerdədir.
№ |
İnvestisiya şirkətinin adı |
Şirkətin ötənilki xalis mənfəətinin /zərərinin aktivlərinə nisbəti |
1 |
BTB Kapital |
14,7% |
2 |
Azfinance |
12,8% |
3 |
İnvest-AZ |
9,9% |
4 |
PAŞA Kapital |
8,6% |
5 |
Xalq Kapital |
8,4% |
6 |
PSG Kapital |
5,5% |
7 |
Unicapital |
4,0% |
8 |
Plato Capital and Co. |
-36,4% |
9 |
ABB-İnvest |
- |
10 |
CPM-Invest |
- |
11 |
MFX-Trading |
- |
|
Orta hesabla |
7,3% |
(Renkinq)