Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün ötən il xalis mənfəəti 1 milyon manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar “PAŞA Kapital” (2,78 milyon manat), “PSG Kapital” (1,332 milyon manat) və “İnvest-AZ” (1,135 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 investisiya şirkətindən 4-nün – “Unicapital”, “Azfinance”, “BTB Kapital” və “Xalq Kapital”ın xalis mənfəəti 1 milyon manatdan az olub, “Plato Capital” investisiya şirkəti isə ötən ili xalis zərərlə başa vurub.
8 investisiya şirkətinin 5-i – “PAŞA Kapital”, “PSG Kapital”, “İnvest-AZ”, “Unicapital” və “Azfinance” ötən il xalis mənfəətini artırıb, “Xalq Kapital” investisiya şirkəti isə azaldıb. “Plato Capital” investisiya şirkəti isə xalis zərərini azaldıb. “BTB Kapital” investisiya şirkəti isə ötən ildən mənfəətlə, əvvəlki ildən isə zərərlə çıxıb, odur ki, onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.