Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün ötən il mənfəət vergisi ödəmələri 300 min manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 3 investisiya şirkətinin vergiyəqədərki mənfəəti 1 milyon manatdan çoxdur
FED.az xəbər verir ki, bunlar “PAŞA Kapital” (689 min manat), “PSG Kapital” (334 min manat) və “İnvest-AZ” (320 min manat) investisiya şirkətləridir.
Qalan 5 investisiya şirkətindən 2-də mənfəət vergisi ödəmələri 100-200 min manat arasında, 3-də isə 100 min manatdan azdır.
8 investisiya şirkətindən 5-i – “PAŞA Kapital”, “PSG Kapital”, “İnvest-AZ”. “Unicapital” və “Azfinance” ötən il mənfəət vergisi ödəmələrini artırıb, “Xalq Kapital” və “Plato Capital and Co.” investisiya şirkətləri azaldıb, “BTB Kapital” investisiya şirkəti isə ötən il mənfəət vergisi ödəsə də, əvvəlki il vergi ödəmələrinə qənaət edib. Odur ki, onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.