2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 6299,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəldilib.
Eləcə də bax: İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya - ÖDƏNİLƏNƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə DSK bildirir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20.7 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18.5 faiz artmışdır.
İstifadə olunmuş vəsaitin 3781,3 milyon manatı və ya 60,0 faizi məhsul istehsalı sahələrinə, 2131,2 milyon manatı (33,8 faizi) xidmət sahələrinə, 387,1 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4693,3 milyon manatını və ya 74,5 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4564,7 milyon manatı və ya 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,2 faiz, büdcə vəsaitləri 31,2 faiz, əhalinin şəxsi vəsaitləri 7,6 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,0 faiz təşkil etmişdir.