Avrozonanın sənaye sektoruna dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD məzənnəsinin bahalaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Breksit fonunda zərər görməyə başlayan İngiltərə iqtisadiyyatı fonunda isə GBP/USD məzənnəsində dərin korreksiya müşahidə edilib. Lakin ümumilikdə dollarda ucuzlaşma davam edəcəyi təqdirdə, bu, özünü funtun bahalaşmasında da göstərə bilər.
Monetar siyasətlərin yumşaq saxlanılacağı ehtimalları əlvan metallar bazarlarında qızılın da bahalaşmaqda davam etməsinə səbəb olur. Bu istiqamətdə 1923$ müqavimətin qırılması önəmlidir. İnvestorlar bunu gözləyirlər.
Kriptovalyuta birjalarında isə 42000$ müqaviməti qırılmadıqca, bitkoinin məzənnələri təzyiq altında qalacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.