İnvestisiya ilə yeni məşğul olmağa başlayanlar əksər hallarda kiçik məbləğləri hansı alətlərə yatıracaqlarını bilmirlər.
“Yaxın zamanda müştərilərimiz üçün geniş investisiya imkanları yaradılacaq” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, maliyyə məsləhətçisi İsaak Bekker o qədər də böyük olmayan (1200-1500 dollar və ya 2000-2500 manat) məbləğlərin yatırılması üçün perspektivli sahələri açıqlayıb.
Onun sözlərinə görə, yatırım üçün alətlər kifayət qədərdir. Qarşısında məbləğini artırmaq kimiməqsəd qoyan istənilən investor onlarla «qaynar» variantlar tapa bilər. Bunlar kriptovalyutalar, xarici birjalardakı (ABŞ, Avropa, Çin, hətta Avstraliya) səhmlər və sairdir. Üstəlik, yatırımın məqsədlərindən də asılı olaraq alətlər dəyişir.
Bazarda alətlərin sayının çox olduğu halda bəzən yeni investorlar üçün seçim etmək çətinləşir.
Ekspert belə vəziyyətdə olan investorlara daha etibarlı və gəlirli olan bir neçə əlverişli varinatı məsləhət görür:
1-ci variant: İndeks və səhəvi fondlara yatırım
Tutaq ki, sizin 35 yaşınız var və yatırım etməkdə məqsədiniz qocalığınızı təmin etməkdir. Bu halda 2500 manat məqsədə çatmaq üçün uzun yolun başlanğıcı ola bilər. Bu məqsədlə yatırım etmək üçün sadə və etibarlı variantlardan biri «S&P 500» indeksinə yatırım etməkdir. Bu indeks ABŞ-ın ən böyük 500 şirkətinin səhmlərinin qiymətinin dəyişməsini nümayiş etdirir.
Ümumiyyətlə yatırım etmək üçün çoxsaylı birja fondları var. Məsələn, mən, «SPDR S&P 500 ETF Trust»ə yatırımın tərəfdarıyam. Son 10 ildə bu alətin orta illik gəlirliyi 14,3% təşil edib. Hazırda bu fondun bir səhminin qiyməti 425 dollar təşkil edir. Yəni nəzərdə tutulan yatırımla cəmi 3 səhm almaq olar. Amma bu yatırım sizin gələcək pensiyanızın bünövrəsində ən yaxşı «daş» ola bilər. Amma bunun üçün investor həmin səhmləri mütəmadi olaraq alıb hər il artırmalıdır.
Bundan başqa, unutmaq olmaz ki, 30-35 yaşından başlayaraq pensiyası üçün yatırım edən gənc investorun daha bir üstünlüyü var – bu vaxtdır. Ona görə də, nə qədər tez yatırım etməyə başlasanız, kapitalınızın artımı üçün o qədər çox imkan olacaq.
Daha çox gəlir istəyən və risklərə də hazır olan investorlar isə yuxarıdakı fondla yanaşı, «iShares Nasdaq Biotechnology ETF» fonduna da yatırım edə bilərlər. «iShares Nasdaq Biotechnology ETF» - özündə biotexnoloji şirkətləri birləşdirən birja fondudur. Buraya Amgen, Gilead Sciences, Moderna və başqaları kimi məşhur şirkətlər daxildir. Son 10 ildə bu fondun orta illik gəlirliyi daha çox olub – illik 17,67%. Bizim nəzərdə tutduğumuz yatırımla – bu fondun təqribən 8 səhmini almaq olar.
2-ci variant: Facebook və digər texnoloji şirkətlərin səhmləri
Əgər investor öz yatırımlarının məqsədini (yəni bu pulu nə məqsədlə yatırdığını) hələ müəyyən etməyibsə, mən vaxtilə məşhur investor Piter Linç-in tətbiq etdiyi üsulu məsləhət görərdim. O bildirirdi ki, yatırım etməzdən əvvəl mağazaları gəzib yeni və maraqlı şeylər axtarmaq çox faydalıdır. Sonra isə bu şeyləri istehsal edən şirkətləri diqqətlə öyrənmək, onlarla maraqlanmaq lazımdır. Bizim dövrümüzdə bunu divandan qalxmadan da etmək olar və təkcə mağazaları gəzmək lazım deyil.
Bir il əvvəl mən izləyicilərimə 3 şirkətə diqqət yetirməyi tövsiyə etmişdim, hansı ki, onların xidmətlərindən hamı faydalanır. Söhbət Facebook, Alphabet (Google) və Amazon-dan gedir. Son 12 ayda bu şirkətlərin səhmləri müvafiq olaraq 42%, 66% və 21% bahalaşıb (8 iyuldakı qiymətləri nəzərə alanda). Bu çox yaxşıdır. Ümumiyyətlə, son 5 ildə Amazon-un səhmləri 400%, Alphabet-in səhmləri təqribən 250%, Facebook-un səhmləri isə təqribən 200% bahalaşıb.
Bradan çıxan nəticə odur ki, yatırım etmək üçün səhm axtaranda ilk növbədə elə özünüzün istifadə etdiyiniz şirkətlərin səhmlərinə diqqət yetirmək lazımdır.
Doğrudur, bizim nəzərdə tutduğumuz yatırım bu şirkətlərin səhmlərini almağa kifayət etməyə bilər. Belə ki, Facebook-un səhmi 350 dollar, Alphabet-in səhmi 2 510 dollar, Amazon-un səhmi isə 3 720 dollardır. Beləliklə, bizim yatırımla Facebook-un cəmi bir neçə - 3-4 səhmini almaq olar. Eləcə də brokerlərdən maraqlanmaq olar ki, səhmlərin hissələri ilə ticarət edirlərmi.
3-cü variant: «Clorox Company» şirkəti
Yatırım üçün maraqlı variant - Clorox Company. Bu amerikan şirkəti dünynın ən böyük təmizləyici vasitələr istehsalçısıdır. Bura yatırım etməyi sərfəli edən məqam odur ki, hazırda bu şirkətin səhmlərinin qiyməti 180 dollar ətrafındadır, yəni təqribən 2020-ci ilin mart ayındakı qiymətlər səviyyəsindədir.
Şirkət istehsal etdiyi məhsullara tələbatın böyük olduğunu və gələcəkdə də azalmayacağını nəzərə alanda, bu variant yatırım üçün əla imkandır. Yəni gələcəkdə səhmlərin bahalaşması gözlənilir.
Hazırda Clorox dividend elitasına daxildir. Bu şirkətin səhmləri ABŞ bazarı üçün kifayət qədər yüksək olan dividend gəlirliliyinə malikdir - 2,69%.
4-cü vvariant: «Johnson & Johnson»
Johnson & Johnson — dünyanın ən böyük əczaçılıq nəhənglərindəndir, bazar kapitalizasiyası 450 milyard dollar təşkil edir. Ekspertlər bildirir ki, hazırda şirkətin səhmlərinin qiyməti lazımınca qiymətləndirilməyib, yəni daha yüksək olmalıdır. Bunun səbəblərindən biri odur ki, şirkətin yaratdığı vaksin uğurlu başlamayıb. Yeri gəlmişkən, Johnson & Johnson-un vaksini cəmi bir iynə ilə vurulur.
Amma iyulun əvvəlində şirkt elan edib ki, «Johnson & Johnson»un vaksini «delğta» ştammı ilə mübarizədə də effektivdir. Aparılan araşdırmalaın nəticələrinə görə, bu vaksin insan orqanizmini 8 ay qoruya bilir. Bundan başqa, «Johnson & Johnson» çoxsaylı dərmanlar istehsal edir. Ötən il şirkətin dərman satışından gəliri 45 milyard dollardan artıq təşkil edib. Bu əvvəlki illə müqayisədə 8% artıqdır.
Hazırda «Johnson & Johnson»un səhmlərinin qiyməti 170 dollar təşkil edir ki, yatırım ediləcək məbləği nəzərə alanda buna 7-8 səhm almaq mümkündür.
5-ci variant: Smith & Wesson Brands
Və sonuncu ideya - «Smith & Wesson Brands» - dünyanın ən məşhur silah istehsalçılarından biri. Məşhur şirkət bütün dünyaya odlu silah satır. Onun səhmləri öz ucuzluğu və məhsullarına olan tələbatın sıçrayışlı artımı ilə diqqəti cəlb edir.
Məsələ bundadır ki, bir qədər əvvəl FBR məlumat verdi ki, may ayında ABŞ-da 3,2 milyon nəfər amerikalı məhkumluq arayışı alıb. Adətən bu arayışlar insanlara silah almaq üçün lazım olur, yəni 3,2 milyon nəfərin əksəriyyəti potensial alıcılardır.
Bu ölkə tarixində ən yüksək aylıq göstəricidir. Ümumiyyətlə, hələlik bu ilin 5 ayında 19 milyon belə arayış verilib. Müqayisə üçün bildirək ki, bütün ötən il ərzində arayışların sayı 39,7 milyon idi. Bu göstəricilər – qarşıdakı dövrlərdə şirkətin satışlarının kəskin artacağına işarə edən amillərdən biri ola bilər. Görünür elə buna görə, təkcə son ayda «Smith & Wesson Brands»ın səhmləri 25%-dən çox bahalaşıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.