Türkiyədə Azərbaycan məhəlləsi adlandırılan layihə icra edilir ki, sözügedən layihə üçün 28 ha-dan çox sahə ayrılıb.
“Azərbaycan yaxın zamanlarda Kahramanmaraşda şəhərciyin inşasına başlayacaq”
FED.az xəbər verir ki, bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib.
"Azərbaycan məhəlləsinin yerləşəcəyi ərazi seysmik zona hesab edilir. Belə ərazilərdə bina tikintisinə başlamazdan öncə seysmik aktivlik təhlil edilir. Nəticədə tikiləcək binaların materialları, müvafiq əmsallar qərarlaşdırılır. Tikiləcək binaların dördmərtəbəli olmasına qərar verilib", - o deyib. (Apa)