Paytaxt Bakıda ən məşhur və ən bahalı küçələrdən biri də el arasında “Tarqovı” kimi tanınan Nizami küçəsidir. Bu küçə daimi insan izdihamının olması ilə yanaşı, mənzillərinin və ticarət obyektlərinin baha olması ilə də tanınır. Gəlin onu da etiraf edək ki, Nizami küçəsi paytaxtın bəlkə də ən gözəl küçələrindən biridir.
Bəs “Tarqovı”da mənzillər əvvəllər olduğu kimi indi də bahadır. Bu suala cavabı tapmaqda “Value and Source” şirkətinin rəhbəri Rəşad Əliyev kömək oldu.
Ekspertin sözlərinə görə “Tarqovı” 10-15 il bundan qabaq Azərbaycanda ən bahalı küçələrdən biri idi. Bu küçə yerli əhali arasında ən prestijli küçə hesab olunur. Lakin illər keçdikcə əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inkişafın istiqaməti dəyişir.
Rəşad Əliyevin sözlərinə görə artıq ən bahalı mənzillər olan küçə statusuna Neftçilər prospekti sahiblənib. Ekspertin sözlərinə görə uzun illər bundan öncə infrastrukturun aşağı səviyyədə olması bulvar kənarında olan mənzillərin qiymətinə təsir edə bilməyib. Lakin artıq bu ərazidə infrastrukturun inkişaf etməsi Dəniz Kənarı Milli Park boyunca olan mənzillərin qiymətinə olduqca böyük təsir edərək onları bahalaşdırıb - deyə Rəşad Əliyev qeyd edib. İndi bu bura ən bahalı küçədir deyə ekspert əlavə edib.
Qiymət müqayisəsi
Neftçilər prospektindəki binalara görə qiymətlər dəyişilir. Bura mənzilin təmiri ilə yanaşı, yerləşməsi də çox əhəmiyyət kəsb edir. Misal üçün Port Bakuda mənzillər var ki, kv metri 6-7 min manatdır. Lakin elə mənzillər də var ki, kv metri 4 min manat olur. 3 min 2500 manata olan mənzillər də var. Mənzilin qiymətində binanın inşası, sahəsi, təmiri də böyük rol oynayır.
“Tarqovı”mənzil qiymətlərindən danışsaq gərək incə bir məqama nəzər salaq. Belə ki, bu küçənin bir başı ilə digər başı arasında qiymətlərində 2-3 dəfə fərq var.
“Tarqovı”da küçəyə baxan mənzillərdə qiymətlər kv metri 3 min manatdan bahadır. Hətta bəzən bu qiymətlər kv metri 4-5 min manat da ola bilər. Əgər mənzilin pəncərə və ya eyvanı arxa küçəyə baxırsa o zaman bu mənzilin hər kv metri iki dəfəyə kimi ucuzlaşacaq. Həmçinin bu küçədə evlər var ki, köhnə proyektli yataqxana tipli mənzillərdi. Bu tip evlərdə digər mənzillərlə müqayisədə bir qədər ucuzdur.
“Tarqovı”da mənzillər Neftçilər prospektindəki mənzillərlə müqayisədə ucuz olsa da,”Tarqovı”da kommersiya obyektləri adı çəkilən prospektdəki obyektlərdən 5-6 dəfə bahadır.
Xaricilər maraq göstərir?
Nəinki əcnəbilər yerli imkanlı vətəndaşlar da bu küçədəki mənzillərə maraq göstərmirlər. Çünki yaşayış üçün heç də sakit ərazi deyil.
Neftçilər ərazisi izdihamlı olmadığından həm də mənzərəsi və sakitliyi olduğundan bahadır. Tarqovıda həmişə kommersiya obyektləri baha olub. Hazırda zövqlərin və konyuktivanın dəyişməsi nəticəsində “Tarqovı”liderliyini əldən verib. (Fins)