Maliyyə Bazarlarına Nəzarət Palatası əmlakın qiymətləndirilməsi məqsədilə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, Palatanın məlumatına görə, əmlakın qiymətləndirilməsi beynəlxalq maliyyə standartlarına uyğun keçirilməlidir.
Kotirovka sorğusunda iddiaçı kimi iştiak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Ələmqulu Quliyev, telefon: 012 493-50-58/346 müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 2 noyabr saat 15:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Kotirovka təklifləri Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında, Palatanın inzibati binasında 5 noyabr saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.