Bakıdakı yeni tikililərin istismara qəbul edilməsi, belə binaların sakinlərini sevindirməklə yanaşı, bu sahədəki problemləri də gündəmə gətirib.
FED.az xəbər verir ki, yeni tikililərin əksəriyyətində sakinlərə göstərilən texniki xidmətlər aşağı səviyyədədir, belə vəziyyət yanğın və qəza riskləri ilə yanaşı, sakinlərin səhhəti üçün də problemlər yarada bilər.
Eləcə də bax: «Novostroyka» sakinlərinin - XƏBƏRSİZ OLDUĞU PROBLEMLƏR – 1 - HƏLL OLUNACAQMI?
FED.az bu sahədə vətəndaşların maarifləndirilməsi üçün yeni tikililərdəki aktual problemlərin işıqlandırılmasını davam etdirir.
Binalara texniki xidmət məsələləri üzrə ekspert, «Rahat Yaşam» idarəetmə şirkətinin mütəxəssisi Rahid Quliyev FED.az-a bildirir ki, yeni tikililərdə olan ən ciddi, ancaq sakinlərin xəbərsiz olduğu problemlərdən biri mənzillərə verilən suyun keyfiyyəti ilə bağlıdır.
Bundan başqa, bəzi binaların sahibləri müxtəlif hallar üçün ehtiyac yaranan enerji generatoru almaqdan da imtina edirlər. Halbuki, standartlara görə, binadakı qurğuların fasiləsiz fəaliyyətini təmin etmək üçün generator və ya əvəzedici qurğular hər binada olmalıdır.
Eləcə də bax: Azərbaycanda satışa çıxarılmış – 10 ƏN UCUZ ƏMLAK - SİYAHI
«Sakinlər içdikləri suyun tərkibindən xəbərsizdir»
Yeni tikililərdə yaşayan sakinlərin böyük ehtimalla diqqət yetirmədiyi mühüm məsələ, binada sakinlərə ötürülən suyun düzgün verilməsidir. Suyun tərkibi ilə bağlı problemlər adətən məişət cihazları – kombi, paltaryuyan, qabyuyan və sair sıradan çıxdıqda özünü göstərir. Halbuki, çirkli su daha böyük təhlükələrə səbəb ola bilər.
Suyun keyfiyyəti ilk növbədə binadakı su anbarının təmizliyindən asılıdır.
Suyu təmiz saxlamaq üçün anbarlar ildə azı 2 dəfə yuyulmalıdır. Əksər hallarda diqqət yetirilməyən bu məsələ sakinlərin sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.
Eləcə də bax: «Novostroyka»dakı evlərə fərqli - İPOTEKA ŞƏRTLƏRİ
«Elit sayılan binanın anbarı indiyədək yuyulmamışdı»
Ekspertin sözlərinə görə, əksər binalarda su anbarı ya ümumiyyətlə yuyulmur, ya da bu bir neçə ildən bir baş verir.
Belə hallar «Rahat Yaşam» şirkətinin bəzi binaları idarəetməyə götürərkən apardığı araşdırma zamanı ortaya çıxıb. Şirkət ekspertlərinin sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bəzi binaların su anbarları indiyədək ümumiyyətlə yuyulmayıb: «Hətta şəhərin mərkəzində, elit sayılan binalardan birini araşdıranda məlum oldu ki, su anbarı sonuncu dəfə 4 il bundan əvvəl - 2015-ci ildə yuyulub. Bizim şirkət həmin anbarı əsaslı şəkildə təmizləyəndə oradan çoxsaylı tullantılar, hətta lil qatının olduğu ortaya çıxdı».
Qeyd edək ki, su anbarını yudurdub-təmizləmək xərci anbarın həcmindən asılıdır və orta hesabla 850-1200 manata başa gəlir. Amma bəzi binaların idarəçiləri bu vəsaitə qənaət etmək üçün sakinlərin həyatını təhlükəyə atırlar.
Eləcə də bax: Bakıda 52 "novostroyka" sənədləşdirilir - 2500 KUPÇA VERİLƏCƏK
«Rahat Yaşam»ın binalarında su anbarları ildə iki dəfə yuyulur
Müqaisə üçün bildirək ki, «Rahat Yaşam»ın idarə etdiyi binalarda su anbarları ildə iki dəfə yuyulur. Bu işlər dövlət lisenziyalı şirkət tərəfindən həyata keçirilir və sonra sudan nümunələr götürülərək analiz edilir: «Anbarlar lisenziyalı şirkət tərəfindən yuyulur və təmizlənir.
Eləcə də bax: Bakıda «novostroyka»da yaşayanlar üçün - YENİ XİDMƏT BAŞLAYIR
«Axı generator bizim nəyimizə lazımdır?»
Yeni tikililərdə olması tələb olunan daha bir mühüm texniki qurğu enerji generatorlarıdır. Amma binaların əksəriyyətində MTK sahibləri bildirir ki, daha işıqlar sönmür və generatora da ehtiyac yoxdur. Doğrudan da, son illər paytaxtın enerji təminatı qaydaya salınıb, əksər ərazilərdə enerji verilməsi ümumiyyətlə kəsilmir və əvvəlki illərdəki problemlər geridə qalıb.
Amma praktika göstərir ki, tam təhlükəsizlik, həm də rahatlıq baxımından binalarda enerji generatorları qurulmalıdır. Məsələ bundadır ki, hər hansı qəza, məsələn, yanğın olanda, bina enerji sistemindən ayrılır və bu zaman yanğınsöndürən nasoslar məhz generatorlarla işləyir.
Bundan başqa, generatorlar enerji kəsiləndə, liftlərə və su nasosxanasına, eləcə də pilləkən boşluqlarının işıqlandırılmasına xidmət göstərir. Vacibliyinə baxmayaraq bəzi binalarda generatorlar quraşdırılmayıb, bunun səbəbi ya büdcəyə qənaət etmək, ya da generatora ehtiyac görməmələrindən irəli gəlib. Halbuki bütün binalara ən vacib texniki qurğulardan biri də məhz elektrik generatorları və əvəzedicilərdir.
Eləcə də bax: “İcbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsi həll olunacaq”
Bina idarəetməyə götürüləndə bütün qurğular yoxlanılır
Göründüyü kimi, yeni tikililər ilk baxışdan görkəmi ilə bir-birindən fərqlənməsələr də, onların texniki təchizatı həm rahatlıq, həm də təhlükəsizlik və sağlamlıq baxımından böyük rol oynayır.
Məhz buna görə də, ciddi şirkətlər binanı idarəetməyə götürərkən bütün qurğuların vəziyyətini yoxlayıb qiymətləndirir. Yalnız bundan sonra binada olan problemlər protokollaşdırılıb sakinlərə yazılı məlumat verilir və qarşılıqlı razılıq əsasında bina sakinlərdən və ya MTK-lardan təhvil alınaraq idarəetməyə götürülür.
«Rahat Yaşam» şirkətinin idarəetməyə götürdüyü binalarda da bütün qurğuların işlək vəziyyətdə olub-olmaması əvvəlcədən yoxlanılır, necə deyərlər texniki «chek-up» aparılır, aşkar edilən problemlər barədə sakinlərə məlumat verilir.
Ortaya çıxan problem həm sakinlərin, həm də «Rahat Yaşam» şirkətinin birgə səyləri nəticəsində qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş vaxt aralığında aradan qaldırılır.