2026-cı ilin I rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübünə nəzərən 8.1% artıb.
AMB: Mənzil bazarında qiymət artımı tempində sabitləşmə müşahidə olunur
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bildirir.
Məlumata görə, o cümlədən ilkin mənzil bazarında qiymət artımı bu dövrdə 13.1%, təkrar mənzil bazarında isə 8.1% yüksəlib.
Qeyd edilib ki, 2026-cı ilin mart ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.3%, aylıq əsasda isə 0.3% artıb. (Trend)













