Azərbaycanda tikinti icazələrinin verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi və müddətlərin azaldılmasına ehtiyac var.
Azərbaycanda yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq
FED.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması imkanları" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda tikinti icazələrinin verilməsi üçün 18 prosedurun icrası orta hesabla 100-112 gün tələb olunurdu: "Hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə azaldılaraq 9 prosedur və 40 günə endirilib".
M.Musayev əlavə edib ki, 2025-ci ilin ilk yarısında bu müddət 98 günə qədər azaldılsa da, sahibkarlar prosedurların daha da sadələşdirilməsini və çevikliyin artırılmasını gözləyirlər: "Hazırda sahibkarlar tikinti və icazələrlə bağlı məsələləri müxtəlif dövlət qurumlarına yönləndirmək məcburiyyətində qalır ki, bu da prosesin uzanmasına və hüquqi qeyri-müəyyənliklərin yaranmasına səbəb olur". (Report)