Azərbaycanda, xüsusilə də paytaxt Bakıda davam edən tikinti bumu – inşa edilən yaşayış komplekslərinin sayının azalmaması və satışa çıxarılan mənzillərin çoxalması mənzil qiymətlərini azaltmayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əksinə, mənzillərin, xüsusilə də «yeni tikililər»in qiymətləri illik 10%-dən az olmayan sürətlə artmaqdadır. Bu göstğərici ölkə üzrə inflyasiya göstəricisini təqribən 2 dəfə üstələyir – yəni «novostroykaların» bahalaşması sürəti ölkə üzrə ümumi bahalaşmadan 2 dəfə artıqdır.
Azərbaycan Qiymətləndiricilər Palatasının açıqladığı məlumatlara əsasən 2026-cı ilin sentyabrında Bakıda yeni tikililərin orta qiyməti 1 kvadratmetr üçün 2 628 manat təşkil edib. Bu, bir il əvvəllə, yəni 2025-ci ilin sentyabrı ilə müqayisədə 10,2% yüksəkdir.
Hazırda yeni tikililərin təklif qiymətləri fərqlənir və bu sahədə qiymət diapazonu şəhər kənarlarındakı 1600 manatdan mərkəzdə 3500 manatadək və daha yüksək qiymətlərə qədər dəyişir. Xüsusilə Bakının kənar olmayan ərazilərində əksər yeni tikililərin qiymətləri 2500-3500 arasındadır. Qiymətlərin yüksək olması alıcı fəallığına təsirini göstərir – belə komklekslərdəki mənzillərin əksəriyyəti kreditlə satılır.
Bununla yanaşı, araşdırmalar göstərir ki, yeni tikililərin satış qiymətləri ilə tikintiyə sərf edilən real xərclər arasında böyük fərq var və bu fərq hər il yüksəlir.
Belə ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı Tikinti İndeksi 110,2 bənd təşkil edib. Bu o deməkdir ki, 2025-ci ilin dekabr ayından bəri tikinti xərcləri 10,2% artıb.
Tikinti İndeksi – tikintiyə çəkilən xərclərin necə dəyişdiyini göstərən indikatordur. Burada tikintiyə çəkilən müxtəlif xərclər əksini tapır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesablamalara görə, avqustda qeydə alınan 3,1%-lik aylıq artımdan sonra tikinti bazarında qiymətlər sabitləşib. İndeksin hesablanmasında istifadə olunan istiqamətlərin heç birində sentyabrda qiymət dəyişikliyi baş verməyib. Yalnız şeben və atsep avqustda bahalaşaraq 35 manata çatandanq sonra qiymətlər sabitləyşib.
Titkintinin ayrı-ayrı xərclərinə gəlincə, taxtanın kubmetrinin qiyməti 380 manat, tamet işinin bir kvadratmetrinin qiyməti 8 manat təşkil edib. Ekskavatorun günlük icarəsi 300 manat, kranın 250 manat, beton nasosunun isə 200 manat səviyyəsində dəyişməz qalıb.
Hesablama göstərir ki tikinti xərclərinin artımının əsas səbəbi tikinti materiallarının bahalaşmasıdır. Belə ki, 2025-ci ilin sonundan indiyədək tikinti xərclərinin artımının əsas hissəsi materialların payına düşüb. İndeksdəki 10,2 bəndlik yüksəlişin 8,2 bəndi, yaxud 81%-i tikinti materialları ilə bağlıdır. Bu artımda əməkhaqqı xərclərinin töhfəsi 1,6 bənd, maşın-mexanizmlərin payı isə 0,4 bənd olub. Bu rəqəmlər də göstərir ki, tikintinin maya dəyərinin artımında əsas səbəb - material qiymətləridir.
Sentyabr ayı üzrə aparılan bazar monitorinqinə əsasən, armaturun bir tonunun qiyməti 1 100-1 300 manat, M200-M400 markalı betonun kubmetri 85-105 manat, sementin kisəsi 7-9 manat, qumun tonu isə 25 manat olub. Fəhlənin günlük əməkhaqqı 50-80 manat, ustanın əməkhaqqı isə 100 manat səviyyəsində qeydə alınıb.
Bütün bu rəqəmləri nəzərə aldıqda, Palatanın hesablamasına görə, 16 mərtəbəli, ümumi sahəsi 10 min kvadratmetr olan yaşayış binasının - torpaq sahəsi nəzərə alınmadan - tikinti maya dəyəri sentyabrda bir kvadratmetr üçün 409,3 manat təşkil edib.
Bəs bu 409 manat necə hesablanıb?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesablama göstərir ki, 1 kvadratmetrin tikintisi üçün materiallar və digər birbaşa xərclər 167,8 manat, əməkhaqqı 94,5 manat, maşın-mexanizmlər üzrə xərclər isə 10,2 manat olub. Bunlar cəmi edir – 272,5 manat.
Podratçı, developer, layihə və ekspertiza xərcləri daxil edildikdə göstərici 409,3 manata çatıb. Amma bu – qeyd edildiyi kimi, torpaq xərcləri nəzər alınmadan 1 kvadratmetrin «təmiz qiymətidir».
Son qiymətə isə torpaq xərcləri və infrastruktur xərcləri də təsir edir.
Belə ki, liftlər, tam mühəndis sistemləri, ƏDV, maliyyələşdirmə (yəni tikinti şirkəti tikinti üçün kredit götürübsə onun ödədiyi faizlər), kommunal qoşulma haqları və torpaq dəyəri nəzərə alınmaqla, müasir yaşayış kompleksinin tam hazır vəziyyətdə tikintisi üçün indikativ xərc təxminən 850 manat/kvadratmetr səviyyəsində qiymətləndirilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu qiymət (kvadratı 850 manat) hazlrda Bakısa satışa təklif olunan yeni tikililərin qiymətlərini 2-3 dəfə, bəzi hallarda 4 dəfə üstələyir.
AQP qeyd edir ki, tikinti xərclərinin artımı ümumi istehlak qiymətlərinin dinamikasını üstələyib. Sentyabrda illik inflyasiya 5,5% təşkil etdiyi halda, tikinti indeksi ilin əvvəlindən 10,2% yüksəlib.
Eyni zamanda, 2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12,68 milyard manat investisiya yönəldilib ki, bu da real ifadədə 10% artım deməkdir. Araşdırma göstərir ki, məhz yatırımların çox olması, yəni tikinti materiallarına tələbatın artması nəticəsində material qiymətəri aşağı enmir.
Qeyd edək ki, Tikinti İndeksi sabit çəkili kompozit metodologiya əsasında hesablanır: burada tikinti materiallarının çəkisi 65%, əməkhaqqının 25%, maşın-mexanizmlərin isə 10%-dir.













