Bu ilin əvvəlində satmaq öhdəliyi ilə mənzillərin kirayə satışına mayın 4-dən start verilmişdi. Martın 16-na kimi 298 nəfər sənədlərini təqdim etmiş, 222 nəfərə razılıq verilmişdi. Lakin koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə görə “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini dayandırması bu prosesin yarımçıq qalmasına səbəb olmuşdu.
Eləcə də bax: Bakıda kirayə mənzillərin - QİYMƏTİ UCUZLAŞIB
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Laçınzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, karantin rejiminin yumşaldılması nəticəsində “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə kirayə mənzil üçün müraciət edənlərin qəbuluna da yenidən start verilib: “Aprelin 29-dan başlayaraq müraciət edən şəxslərin qəbulu davam etdirilir. İlk olaraq əvvəlcədən müəyyən olunmuş qaydada növbə verilən şəxslər bu növbəyə uyğun olaraq dəvət edilirlər. Qəbul zamanı bütün sosial izolyasiya qaydaları, həmçinin, əməkdaşlar və vətəndaşlar arasında məsafə qorunur”.