Enerji pasportu olan binalarda mənzillər bahalaşacaq.
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
FED.az xəbər verir ki, Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.
Məsələ artıq Milli Məclisin plenar iclasında müzakirə edilib və birinci oxunuşda qəbul olunub.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yeni qanun vətəndaşlarda maraq yaratmaqla yanaşı, mənzil bazarına da ciddi təsir edəcək.
Onun fikrincə, enerji pasportu olan binalarda qiymətlərlə yanaşı, tələbat da yüksək olacaq.
Qayda və mexanizmlər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Bildirilib ki, kvadratmetri 2500 manata satılan ev enerji pasportu olduqdan sonra 2700 manata təklif olunacaq.