Nazirlər Kabineti Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və komitənin hesabına köçürülən vəsaitdən istifadə Qaydasını təsdiqləyib. FED.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzası ilə təsdiqlənən qaydaya əsasən, cərimələrdən yığılan vəsaitlərin toplanması üçün
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Komitənin xüsusi xəzinə hesabı açılır və bütün cərimələr bu hesaba toplanır.
Yığılan pullar ƏMDK-də çalışan dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə aşağıdakı istiqamətlərə xərclənir:
- dövlət qulluqçularının kollektiv və fərdi qaydada mükafat-landırılmasına;
- dövlət qulluqçularına maddi yardımın göstərilməsinə;
- Komitənin dövlət qulluqçularının səhiyyə xidmətlərinin təşkilinə və müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;
- Komitənin dövlət qulluqçularının kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;
- Komitənin dövlət qulluqçularının işçilərinə ezamiyyə xərclərinin ödənilməsinə;
- sosial sığorta və baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta haqlarının ödənilməsinə.
Cərimədən yığılan pullar komitənin işçilərinə xərclənəcək
08:54
8 İyun 2018