Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 5 milyonluq icarə müqaviləsi ilə bağlı FED.az-a açıqlama verib.
Xatırladaq ki, sözügedən nazirlik Fərhadzadə Fərid adlı fiziki şəxslə 4,8 milyon manatlıq icarə müqaviləsi bağlayıb. Bununla bağlı rəsmi mənbələrdə icarə obyekti və müqavilənin məqsədi haqqında məlumat açıqlanmamışdı.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəbhəri Fazil Talıblı FED.az-a bildirib ki, nazirlik adı çəkilən şəxslə Yasamal rayonundakı böyük binanın icarəsi üçün müqaavilə bağlayıb.
Həmin binada ƏƏSMN tabeliyində olan DOST Agentliyi və Agentliyin Bakıda yaradılacaq ilk “DOST” mərkəzi yerləşəcək. «Bu məqsədlə Fərhadzadə Fərid Rüfət oğluna məxsus 3,7 min kv.metrlik sahəsi olan binanın 5 illik icarəyə götürülməsi üçün onunla 23.11.2018-ci il tarixdə müqavilə bağlanılıb».
FED.az-a verilən açıqlamaya görə, icarə müqaviləsinə əsasən binanın hər kv.m-nin icarə haqqı 15 AZN, ƏDV və təmir xərcləri daxil olmaqla isə 22 AZN nəzərdə tutulub.
İcarə müqaviləsinin ümumi məbləği 4 874 760 AZN olub. «Müqavilənin bağlanılması müvafiq satınalma qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İcarəyə götürən binada hazırda təmir işləri davam etdirilir»-deyə nazirlikdən bildirilib.
Nazirlik sözügedən binanın nəzərdə tutulan layihəsini də təqdim edib, təmirdən sonra bina belə olacaq:
Binanı 1 kvadratmetri 22 manatdan icarəyə götürmüşük - NAZİRLİKDƏN AÇIQLAMA
11:37
22 Dek 2018