Bakıda davam edən əmlak bumu mənzillərin qiymətinə və satılan mənzillərin xüsusiyyətlərinə təsir edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əmlakların, xüsusilə də mənzillərin qiymətinin sürətli artımı, eləcə də təkcə yaşamaq üçün deyil, investisiya məqsədilə alınması bazara fərqli xüsusiyytlərə malik mənzillərin çıxarılmasına səbəb olub.
Digər tərəfdən, kirayə bazarının inkişafı, işgüzar kirayə tələblərinin artımı indiyədək yaşış üçün yararsız hesab olunan əmlakların da daşınmaz əmlak bazarına ayaq açmasına şərait yaradıb.
FED.az xəbər verir ki, hazırda paytaxt Bakıda sahəsi 11-12 m2, hətta 8 kvadratmetr olan mənzillər satışa çıxarılır. Belə mənzillərdə yaşayış şəraiti minimum səviyyədə olsa da, əvəzində mənzilin yerləşdiyi məkan əlverişlidir, belə əmlaklara marağın olmasının səbəbi də lokasiyadır.
Məsələn, Bakının mərkəzində Bəşir Səfəroğlu küçəsində, 2 mərtəbəli arxitektur binanın 2-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzilin sahəsi cəmi 15 kvadratmetrdir. «Mənzil tam təmirlidir və əşyaları ilə birlikdə satılır»-deyə satıcı bildirir. Kiçik sahəsi olmasına baxmayaraq qiyməti 68 min manatdır – yəni kvadratmetri təqribən 4500 manat.
Digər mikromənzil Bakının mərkəzində, Səbail rayonunda «Torqovuy» küçəsinin yaxınlığında 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir, sahəsi 11 kvadratmetrdir. «Tavanın hündürlüyü 3,80 m, pəncərəsi küçəyə baxır, işıq, qaz, suyu daimidir»-deyə elanda bildirilir. Hazırda 350 manata kirayəyə verilmpiş mənzilin satış qiyməti 64 min manatdır – 1 kvm-in qiyməti 5820 manat.
İçərişəhərdə isə mənzil kimi satışa çıxarılan tikilinin sahəsi cəmi 8 kvadratmetrdir. Amma bu sahə yaşamaq üçün deyil, yalnız ofis məqsədilə üçün yarayır, qiyməti 38 000 manatdır – 1 kvadratmetri 4800 manat.
Mikro-mənzillərin heç də hamısı köhnə tikili deyil, Xətai rayonunda, eyni adlı metronun yanında satışa çıxarılan mənzil ümumiyyətlə yeni tikilidə yerləşir. 24 mərtəbəli binanın 14-ci mərtəbəsində yerləşən mənzilin sahəsi cəmi 11 kvadratmetrdir. Mənzil təmirli olsa da çıxarışı yoxdur. «Tələbələr və iş adamları üçün yararlı mini ofis ve yaxud yaşayış üçün yararlı menzildir, 300 manata kirayə vermək olar»-deyə elanda bildirilir. Bu əmlakın qiyməti 45000 m manat, yəni kvadratmetri 4 000 manatdır.
Daha bir belə mənzil isə Azadlıq Prospektinin kənarında, 7-ci mikrorayonda satışa çıxarılıb. Sahəsi 15 kvadratmetr olan mənzil 54 min manata, yəni kvadratı 3600 manata satışa təklif edilir. Metroya yaxın olması onu kirayə bazarı üçün cəlbedici edir.
FED.az xəbər verir ki, mini və mikro mənzillər müasir şəhər həyatıv üçün adi hal sayılır. Kiçik ailələr, bəzən tək adamlıq yaşayış və bütün gün ərzində işdə olmaq kimi vəziyyət, mənzildəki şəraitə tələbi aşağı salır. Başqa sözlə, belə mənzillər faktiki olaraq gecələmək üçün istifadə olunur. Ona görə də adətən belə əmlaklar icarəyə verilir. Mənzilin kiçik olması onun kirayə haqqının yüksək olmasına imkan vermir.
Dünyanın digər iri şəhərlərində də kiəik mənzillər böyük populyardığa malikdir. London, Nyu-York, xüsusilə də Honqkonq kimi əmlakın bahalı olduğu şəhərlərdə kiçik mənzillərə böyük tələbat var. Bu mənada qarşıdakı illərdə Bakıda da belə mənzillərə tələbatın və onların sayının artacağı şübhəsizdir.
Bununla yanaşı, ekspertlər köhnə tikililərdəki belə kiçik mənzillərə yatırım etməyi tövsiyə etmirlər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc FED.az-a açıqlamasında bildirib ki, paytaxtda aparılan və gələcəkdə də davam edəcək söküntü işlərini nəzərə alanda belə əmlaklara investisiya sonradan problemlərə səbəb ola bilər: «Köhnə tikililərdə kiçik sahəli mənzillərtin alınması məqsədəuyğun deyil, çünki bildiyimiz kimi, Bakı şəhərinin «Baş Planı 2040»a əsasən, köhnə binaların əksəriyyəti ardıcıllıqla söküləcək. Söküntü zamanı, köhnə tikililərdə kiçik sahələr üçün kompensasiya məbləğini müəyyən edəndə və ona uyğun əalternativ mənzillər təqdim edəndə çox böyük problemlər yaşanır. Üstəlik, köhnə binalardakı kiçik sahələr komfortlu da deyil, insanların hal- hazırda olan zövqünə və ehtiyaclarına uyğun gəlmir».
Ekspetrt bildirir ki, hazırda Bakıda yeni tikilən komplekslərdə də belə kiçik mənzillər var, köhnələrdən fərqli olaraq onları almağına dəyər. Çünki onlar həm bir qədər byöükdür – 20-25 kvm, həm də yeni tikili olduğuna görə, onların sökülməsi ehtimalı azdır: «Yeni tikilən binalarda da təbii ki, belə investisiya məqsədli yatırımlar var. Bir sıra yaşayış kompleksilərində belə mənzillərin olduğunu bilirik, onların qiymətləndirilməsi ilə məşğul olmuşuq və 20-25 kvadratmetrlik mənzilləri vətəndaşlarımız ipoteka ilə əldə ediblər. Düşünürəm ki, bu tip mənzillərə yatırım müəyyən mənada əlverişlidir».
V.Orucun sözlərinə görə, belə mənzillər tək yaşayanlar və kiçik ailələr üçün uyğun ola bilər, bir şərtlə ki, yeri düzgün seçilsin: «Belə mənzillər tək yaşayanlar və çox kiçik ailələr üçün, eləcə də iş adamları, iş xanımları üçün uyğun ola bilər. Yəni həmin mənzillərin öz müştəriləri var. Ümumiyyətlə düşünürəm ki, kiçik sahələr daha ucuz invetsiiya yatırımı etmək istəyənlər üçün çox uyğundur».
Xatırladaq ki, inkişaf etmiş, ölkələrdə, o cümlədən Qərb ölkələrində kiçik mənzillərdən istifadənin müxtəlif üsulları var: «Məsələn, bir kiçik yaşayış sahəsini gecələr yataq otağı, gündüzlər isə mətbəx və ya qonaq otağı kimi dəyişmək imkanı olan texniki vasitələr var. Bu da həmin kiçik sahənin böyük sahə kimi istifadə edilməsinə imkan verir».
AQC-nin sədrinin sözlərinə görə, bu sahədəki artan tələbi tikinti şirkətləri də nəzərə alaraq istifadə edə, yəni yeni tikilən komplekslərdə kiçik mənzilərə də yer ayıra bilərlər.
«Düşünürəm ki, vətəndaşların maddi imkanlarını nəzərə almaqla bu gür yatırımlarn olması mümkün və təbiidir. Təbii ki, belə tikililərin şəhər kənarında və ya mərkəzdən uzaq yerdə inşa edilməsi əlverişli olmaz. Bu əsasən mənzələri, mərkəzə yaxın və biznes həyatının aktiv olduğu yerlərdə məqsədə uyğun sayıla bilər».



![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/3067080.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/1763657.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/3254004.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/3487187.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/4265823.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/3890779.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/4016846.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/1016926.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/3192439.jpg)
![Bakıda 11-12 kvadratlıq mənzillər satışda – [red]QİYMƏTLƏR - SƏRFƏLİDİRMİ? - AÇIQLAMA[/red] | FED.az](upload/news/small/3769614.jpg)







