Rusiyada rublun uzulaşması bu ölkədən Azərbaycana gətirilən tikinti materiyallarının qiymətinə də təsir edib.
Azərbaycanda sement - BAHALAŞDI
FED.az xəbər verir ki, satıcıların sözlərinə görə, ən çox ucuzlaşma taxtada müşahidə edilir. Ötən il1 kubmetrinin qiymət 450 manata qədər yüksələn taxta indi təxminən 300 manata təklif edilir.
Diktlərin də qiymətində azalma müşahidə olunur. 18 mm-lik diktin qiyməti 40 manatdan 20-25 manata enib.
Ümumiyyətlə, taxta və taxtadan hazırlanan materialların qiymətlərində ucuzlaşma var. Bundan başqa, dam örtüklərinin qiymətlərində də 3 manat ucuzlaşma var.
Armaturun qiymətində də ötən illə müqayisədə azalma olub.
Satıcılar ucuzluğu həm də materialların çox olması ilə də əlaqələndirirlər.
İqtisadçı Xalid Kərimli deyir ki, ucuzlaşan rus rublu bu ölkənin məhsullarını azərbaycanlı alıcılar üçün daha əlçatan edə bilər. (Xezerxeber.az)